Test imtahanının ləğvi ilə bağlı DİM-dən AÇIQLAMA
24-08-2017, 14:54
Oxunub: 3 626
Dövlət İmtahan Mərkəzi Azərbaycanda test imtahanının ləğv edilməsi məsələsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Bolgexeber.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mərkəz ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını həyata keçirən, təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulu yenə də Dövlət imtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
"Hazırda Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır. Dəyişikliklər, yeni modelin yəqin ki, sentyabrda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər. Yeni model hazırlandığından onun gələcəkdə hansı formada olacağını indidən demək çətindir. Müzakirələr bitəndən və hüquqi normativ sənədlər hazırlanandan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək" - deyə, məlumatda bildirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər