“Qarabağ” FK qazandığı tarixi qələbə Füzulidə də böyük sevinclə qarşılanıb
25-08-2017, 12:37
Oxunub: 4 343
“Qarabağ” futbol klubunun Azərbaycan futbol tarixində tarixi nailiyyət qazanaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da böyük sevinclə qarşılanmış, füzulililərə böyük zəfər hissi bəxş etmişdir
Bolgexeber.com xəbər verir ki, füzulililər üçün bu tarixi qələbə, həm də ona görə önəmlidir ki, işğal altında olan bölgəni təmsil edən “Qarabağ” futbol klubu bu qələbəni Füzuli və Cəbrayıl rayonlarının işğalı günü qazanmışdır.
Füzulililər “Qarabağ”ın qazandığı tarixi zəfəri Prezident cənab İlham Əliyevin idmana olan diqqət və qayğısı kimi qiymətləndirilər. Bildirirlər ki, bütün sahələrdə olduğu kimi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idman, ən əsası isə futbol inkişaf edir. Bunun bariz nümunəsi isə “Qarabağ” futbol klubunun son illər Avroliqada, ən nəhayət isə Danimarkanın Kopenhagen klubunu iki oyunun nəticəsinə görə üstələyərək Çempionlar Liqasının qruplarına vəsiqə qazanmasıdır.
Füzulililər üçün “Qarabağ” Futbol Klubunun qazandığı zəfərinin həm də siyasi əhəmiyyəti vardır. Çünki “Qarabağ”ın bu zəfəri, milyonların izlədiyi Çempionlar Liqası kimi mötəbər futbol turnirində iştirakı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Ermənistana qarşı aparılan informasiya müharibəsinə də böyük töhfə verəcəkdir. Milyonların izlədiyi futbol Azərbaycan həqiqətlərinin, o cümlədən işğal altında olan torpaqlarımızın təbligi baxımından dünyaya mesaj olacaqdır.
Füzulililər inanırlar ki, “Qarabağ”ın futbol meydanında qazandığı tarixi qələbənin davamı olaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız da tezliklə azad olunacaqdır. Rayon sakinləri məhz bu inamla, bu ümidlə yaşayır və işləyirlər.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər