Millət vəkili Fəzail Ağamalı 70 yaşını qeyd edir
26-08-2017, 14:48
Oxunub: 4 953
Bu gün Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail Ağamalının 70 yaşı tamam olur
Bolgexeber.com xəbər verir ki, Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan SSR-in Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirən Fəzail Ağamalı 1971-ci ildə Naxçıvan şəhərində orta məktəb müəllimi, daha sonra Naxçıvan Dövlət Universitetində baş müəllim işləyib.
O, 1988-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor vəzifələrində çalışıb.
2005-ci il noyabrın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Fəzail Ağamalı həmçinin Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveç, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Bolgexeber.com olaraq millət vəkili Fəzail Ağamalını 70 yaşının tamam olması münasibətilə təbrik edir, ona ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər