Qaxda səkkizinci sinif şagirdi özünü fındıq ağacından asdı-- YENİLƏNİB
26-08-2017, 16:11
Oxunub: 2 965
Qax rayonunda 13 yaşlı oğlan intihar edib
Qaxda intihar edən 13 yaşlı oğlanın ehtiyatsızlığın qurbanı olduğu məlum olub.Bu barədə "Report"un Şimal-qərb bürosuna Əmbərçay kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, səkkizinci sinif şagirdi Süleyman Şəliyev fındıq bağında üçüncü sinifdə oxuyan bacısı ilə zarafat etmək istəyib. O, bacısına 8 gün öncə kənddə 28 yaşlı Elman adlı şəxsin özünü necə asmasını göstərmək istəyib və "bax, Elman özünü belə asmışdı" deyib. Bu zaman isə ip boğazına dolanıb və o, boğularaq ölüb.
Qeyd edək ki,18 avqust tarixində Əmbərçay kəndində 28 yaşlı Elman Camalov yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə özünü asaraq intihar etmişdi.
Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
*** 15:46
Qax rayonunda 13 yaşlı oğlan intihar edib.
Rayonun Əmbərçay kənd sakini, 13 yaşlı Süleyman Hüseyn oğlu Şəliyev özünü fındıq ağacından asıb.
Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb və həkimlərin müayinəsi nəticəsində 8-ci sinifdə oxuyan S.Şəliyevin artıq ölməsi məlum olub.
Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb,araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər