Bakının bəzi yollarında nəqliyyatın hərəkəti dayandırılır
26-08-2017, 17:02
Oxunub: 2 909
Bakıda klassik avtomobillərin yürüşü ilə əlaqədər olaraq bir neçə dəqiqədən sonra paytaxtın bir sıra yollarında avtomobillərin hərəkətləri məhdudlaşdırılacaq
Bu barədə SalamNews-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, avtomobillərin yürüşü ilə əlaqədar onların hərəkət trayektoriyasına düşən yolarda - Heydər Əliyev mərkəzindən başlayaraq, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Fətəli Xan Xoyski, Vaqif, Səməd Vurğun, Bakıxanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospekti, Teymur Elçin, Lermontov, Azneft dairəsi, Neftçilər Prospekti, Azadlıq meydanı, Yusif Səfərov və Heydər Əliyev prospektinin Heydər Əliev mərkəsinə qədər olan hissəsində eləcə də bu yollarla kəsişən küçələrdə digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət paradda iştirak edən sonunucu avtomobilin hərəkəti başa çatana qədər davam edəcək.
Vaqif Əsədov sürücülərə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi və deyilən istiqamətlərdə hərəkət zamanı alternativ yollara üstünlük verməyi tövsiyə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Avtomobil Federasiyası avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. Bununla əlaqədar qeydiyyatdan keçən avtomobillər 15.30-da Heydər Əliyev Mərkəzinin qarşısında toplaşacaq. Mərkəzin qarşısından start götürəcək avtomobillər Bakı şəhərinin küçələri ilə yürüş edəcəklər. Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.
Xatıladaq ki, ötən il də avqust ayında Bakıda belə bir sərgi təşkil olunmuşdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər