BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda uşağın mədəsindən qəpiyi təbii üsulla 5 dəqiqəyə belə çıxardılar - VİDEO

Azərbaycanda uşağın mədəsindən qəpiyi təbii üsulla 5 dəqiqəyə belə çıxardılar - VİDEO

29-08-2017, 10:29
Oxunub: 2 026 Azərbaycanda uşağın mədəsindən qəpiyi təbii üsulla 5 dəqiqəyə belə çıxardılar - VİDEOBakıda 5 yaşlı uşaq 20 qəpik udub

Qəpik 8 gün onun mədəsində qaldığından ağrılar baş verib və valideynləri həkimə müraciət etməli olublar. Maraqlısı budur ki, qəpik uşağın mədəsindən heç bir əməliyyat olunmadan çıxarılıb. Hazırda onun vəziyyəti yaxşıdır.
5 yaşlı uşağın mədəsindən heç bir əməliyyat olmadan 20 qəpik çıxarıldı.
5 yaşlı Həsən Əlibəyli 20 qəpik pulu udduğundan qəpik mədəsində 6 gün qalıb. Sonradan ağrılar baş verdiyindən uşağın valideynləri onu həkimə gətiriblər. Uşağa baxış keçirən həkim İlqar Alışov onun mədəsində həqiqətəndə 20 qəpik pulun olduğunun şahidi olub. Bundan sonra isə həkim və onun komandası uşağa narkoz verərək qəpiyin çıxarılmasına başlayıblar. Buna həkimlər ümumlikdə 5 dəqiqə vaxt sərf ediblər.
Hazırda uşağın vəziyyəti yaxşıdır. Həkimlər isə xəbərdarlıq edir ki, valideynlər uşaqları daim nəzarətdə saxlamalıdır.
Bəzən valideynlər uşaq hansısa bir cismi udduqda həkimə getmədən də onun düşə biləcəyini zənn edirlər. Lakin bəzi cismlər mədəyə düşərək orada qaldığından bu mümkün olmur. Vaxtında müdaxilə üçün mütləq həkimə müraciət edilməlidir.