BolgeXeber.Com » Xəbərlər » Bakıda restoran sahibindən qeyri-adi addım: Müştərilərin hesabını öz cibindən ödədi - VİDEO
Bakıda restoran sahibindən qeyri-adi addım: Müştərilərin hesabını öz cibindən ödədi - VİDEO
6-09-2017, 13:47
Oxunub: 2 526
Bakıda restoranlardan birinin sahibi qeyri-adi addım atıb
Bakıda restoranlardan birinin sahibi qeyri-adi addım atıb. O, futbol üzrə milli komandamızın San Marino üzərindəki qalibiyyətinə görə həmin gün restoranda yeyib-içən bütün müştərilərin hesabını ödəməli olub. "Ödəməli olub" dedik, çünki oyundan əvvəl o, müştərilərinə söz verib ki, millmizin vurduğu hər qola görə 20 faiz endirim edəcək. Nəticə isə 5-1 olub. Təfərrüatlar maraqlıdır. Birlikdə izləyək.
Bakıda bir restoranda gələn hesab qəbzi müştəriləri müsbət mənada şoka salıb. Hətta 130 manatlıq qəbzin üzərinə "hesabınız ödənilib" qeydi yazılıb.
Dünən gecə paytaxtdakı restoranlardan birinin sahibi 30-a yaxın müştərisinin hesabını öz cibindən ödəyib. Azərbaycan-San Marino futbol yığmalarının oyunu zamanı komandamızın vurucağı hər qola görə 20 faiz endirim edəcəyinə söz verən restoran sahibi nəticədə 100 faizlik endirim etməli olub. Çünki millimiz futbol tarixində ilk dəfə 5 qol vurub və bu səbəbdən həmin vaxt restoranda olan heç bir azarkeş hesab ödəməyib.
Restoranın aksiyasından əksər müştərilər məlumatlı olmadığından gələn hesab onlar üçün sürpriz olub. Bəziləri isə aksiyadan xəbərdar olduqlarından və milli komandamızın qələbəsinə inandıqlarından daha çox sifariş veriblər.
Ümumilikdə 1000 manat xərcə düşən restoran sahibi Şaiq Qəribzadə deyir ki, o, bu addımı hər hansı kommersiya niyyəti ilə yox, futbol azarkeşi olduğu üçün atıb.
Şaiq Qəribzadə deyir ki, gələcəkdə də komandamıza və klublarımıza dəstək məqsədi ilə yeni aksiyalar təşkil edəcək. Çünki son zamanlar "Qarabağ" klubuunun uğurlu çıxışı bir daha göstərdi ki, komandalarımıza dəstək çoxdur.
Dünən baş tutan oyunda milli komandamız tarixində ilk dəfə olaraq belə böyük hesabla qələbə qazanıb. Hazırda isə azarkeşlər böyük maraqla çempionlar liqasında çıxış edən "Qarabağ"ın oyunlarını gözləyirlər.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes