Azərbaycanda tarixi məscid görün nə vəziyyətdə saxlanılır - FOTOLAR
8-09-2017, 16:11
Oxunub: 2 842
Qax rayonunun İlisu kəndində yerləşən tarixi məscid uçma təhlükəsi ilə üz-üzə qalıb
AZXEBER.COM xəbər verir ki, rayonda 18-ci əsrə aid olan və Mədəniyyət və Turizm Nazirliyinin "Ölkə əhəmiyyətli tarixi abidə” siyahısına əlavə etdiyi dövlət tərəfindən qorunan "Ulu Məscid” baxımsızlıqdan uçma təhlükəsi ilə üz-üzə qalıb.
Portalımızın əməkdaşı ilə söhbət edən kənd sakinlərinin sözlərinə görə, məscidə heç kim baş çəkmir. Yalnız kənd camaatının köməkliyi ilə məscidin uçmaması üçün tədbirlər görülür. Qış aylarında isə uçma təhlükəsi daha çox artır. Bu aylarda dam örtüyünün yararsız olması içəriyə kimi suyun dolmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, bu günə kimi nə Qax Rayon İcra Hakimiyyətinin, nə də Mədəniyyət və Turizm nazirliyindən bir nəfər səlahiyyətli şəxs məscidə baş çəkməyib. Dəfələrlə baxımsız vəziyyətdə olan tarixi məscidin yenidən təmir edilməsi üçün müraciətlər olunsa da, bu müraciətlər nəticəsiz qalıb. Nəticədə hər iş kənd sakinlərinin üzərinə düşüb. Məhz bu səbəbdən bərbad vəziyyətdə olan tarixi abidənin uçması an məsələsidir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər