Bərdə Azərbaycan filmlərinin nümayiş etdirilməsiylə bağlı müşavirə keçirilib
8-09-2017, 17:13
Oxunub: 3 834
Bərdə Regional Mədəniyyət və Turizm idarəsi milli kinonun yubileyinə hazırlıq və mədəniyyət müəssilərində Azərbaycan filmlərinin nümayiş etdirilməsiylə bağlı müşavirə keçirib
Azərbaycanda 2018- ci il Azərbaycan kino sənətinin 120-ci illiyidir. Bu ildən etibarən isə sentyabrın 15-də ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu münasibətlə Bərdə Regional Mədəniyyət və Turizm idarəsi milli kinonun yubileyinə hazırlıq və mədəniyyət müəssilərində Azərbaycan filmlərinin nümayiş etdirilməsiylə bağlı Bərdə rayon Mədəniyyət Mərkəzində müşavirə keçirib. Tədbirdə Regional İdarənin Bərdə, Tərtər rayonlarında və Yevlax, Mingəçevir şəhərlərində çalışan mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxışlar edilərək məlumat verilib ki, gələn il 120 illiyini qeyd edəcək Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
O da bildirilib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda isə, regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən müfaviq əmr imzalanıb.
Müşavirədə çıxış edən Regional İdarənin Rəisi İlyas Hacıyev qeyd edib ki, : - “Artıq müvafiq layihələr, planlar əsasında hər həftə nəyinki rayon mərkəzlərində, şəhərlərdə - kəndlərdə, klub və kitabxanalarda insanların asudə vaxtının təşkiliylə bağlı bu filmlərin nümayişi yüksək səviyyədə təşkil olunacaqdır. Bu barədə düşünürəm ki, insanları milli filmlərə baxışa həm qaytara biləcəyik, həm də asudə vaxtları çox gözəl keçəcəklər.
Daha sonra ötən əsrin sonlarında istifadə edilən retro kino aparat vasitəsilə film nümayiş etdirilib.
Son olaraq tədbir iştirakçıları Bərdə rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan retro kino aparatlar və ləvəzivatlarından ibarət sərgiylə tanış olublar. Kolleksiyanın sahibi İbrahim Cəfərov iştirakçılara 8, 16, 35 millimetrlik lentlərdən, istfadə edilən müxtəlif retro kino qurğularından və lentlərin bərpa edilməsindən ətraflı məlumat verib. İbrahim Cəfərov onu da qeyd edib ki, :- “ Hal-hazırda məndə 150-yə yaxın belə aparat var. Hətta onları təmirdə edə bilirəm”.
Onu da qeyd edək ki, regionlarda filmlərin nümayiş etdirilməsi prosesində Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da yaxından iştirak edəcək. Gələcəkdə milli filmlərlə yanaşı, xaricdə istehsal olunan ekran əsərlərinin də nümayişi nəzərdə tutulur.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər