Tərtərdə pambıq yığımı ilə bağlı müşavirə keçirildi-FOTO
20-09-2017, 10:52
Oxunub: 3 289
Pambıqyığan maşınlar tarlalara çıxdı
Bolgexeber.com xəbər verir ki,pambıq yığımı ilə əlaqədar rayon Gənclər Mərkəzində pambıqçıların müşavirəsi keçirildi.
Tədbirdə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, pambıq istehsalçılarının, fermerlərin, keçmiş qabaqcıl birqadirlərin, sürücü mexanizatorların, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov pambıqçılığın inkişafına dair ölkə rəhbərinin respublikamız üçün çox mühüm olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu, pambıqçılıqla bağlı çox dəyərli göstərişlər verdiyini bildirdi. Rayon rəhbəri kənd təsərrüfatının əsas sahəsi kimi pambıq əkiləcək sahələrin artırılması, genişləndirilməsi və bu sahədə keçmiş ənənələrin bərpa olunmasını diqqətə çatdırdı. Müşavirədə pambıqçılığın bərpası işinin sürətlə getməsi və bu sahədə keçmiş ənənələrin bərpa olunmasını, həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirəcəyi söylənildi.
Qeyd olundu ki, Tərtər torpağı çox məsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonumuzun iqlim şəraiti pambıq əkini üçün əlverişlidir. Sovet dönəmində rayonda 11 min hektara yaxın pambıq əkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdür.
Respublika prezidenti cənab İlham Əliyev tərəfindən pamblqçılığın inkişafına verilən dəstək tərtərli pambıqçılarda da böyük ruh yüksəkliyi yaratmış, bu il onlar 3123 hektar sahədə pambıq əkmişlər ki, bu da ötən illə müqayisədə 2000 hektar artıqdır. Becərmə işəri vaxtı-vaxtında həyata keçirilmiş, tarlalarda bol məhsul yetişdirilmişdir. Yığılan məhsul “MKT İstehsal Kommersiya” MMC-nin Qarabağ Regional filialının Tərtər məntəqəsinə və “CTS Aqro” MMC-nin Tətər pambıq tədarükü məntəqəsinə təhfil verilir.
Qeyd olundu ki, indi qarşımızda bir məqsəd var: tarlalarda zəhmətlə becərilmiş məhsulu vaxtında və itkisiz toplamaq. Bunun üçün bütün gücümüzdən maksimum istifadə olunmalıdır.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıq tarlalarında oldu, kənd əməkçiləri ilə görüşüb öz tövsiyyələrini verdi və onun xeyir-duası ilə pambıqyığan maşınlar işə düşdü.
“Ağ qızılın” toplanması üçün pambıqyığan maşınlar Azad Qaraqoyunlu, Evoğlu və Hüsənli kəndlərindəki tarlalara çıxdı. Pambıq yığımında ilkin olaraq 7 pambıqyığan maşından istifadə olundu.
Bu günədək rayonda 100 ton pambıq tədarük edilib. Tarlalarda məhsul boldur. Texnikanın köməyi ilə kənd əməkçiləri pambığı tez və itkisiz yığaraq təhvil verməyə çalışırlar.
Çox Oxunanlar
- 17-08-2024, 17:18 : Bu məhsullar gömrük rüsumundan azad olunub.
Xəbərlər / Ölkə
- 25-08-2024, 12:42 : Sabah hava necə olacaq?
Xəbərlər / Ölkə
- 26-08-2024, 17:56 : Küləkli hava ilə bağlı xəbərdarlıq
Xəbərlər / Ölkə
- 27-08-2024, 19:57 : Gürcüstanda seçkilərin tarixi açıqlandı
Dünya
- 1-09-2024, 12:03 : Ceyhun Bayramov səs verdi
Siyasət / Xəbərlər
- 16-08-2024, 14:51 : Məşhur aktyor özünü hərraca çıxardı
Dünya
- 29-08-2024, 17:52 : Azərbaycan idmançısından BÖYÜK UĞUR
İdman / Xəbərlər
- 28-08-2024, 17:57 : Selena Gomez nişanlandı
Şou-Biznes / Xəbərlər
- 30-08-2024, 17:54 : Türkiyədə yenidən meşə yanğını başladı
Dünya / Xəbərlər
- 22-08-2024, 16:56 : Polat cütlüyü maşınlarını geri almaq üçün hərəkətə keçib?
Şou-Biznes