“Nazim İbrahimovun mənə 159 min borcu var” - Federasiyada nə baş verir?
20-09-2017, 12:33
Oxunub: 2 295
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti müəyyənləşəcək
Saat 15:00-da başlayacaq konfransda yeganə namizəd Təhsil Naziri, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarovdur.
Federasiyanın vitse-prezidenti Yaşar Məmmdov baş verənlərlə bağlı “Qafqazinfo”ya açıqlama verib. O, bir ay öncə federasiyada keçirilən seçkilərdən, Nazim İbrahimovun seçilməsindən və istefasından danışıb.
Məmmədov həmçinin özünün də vitse-prezident postundan göndərilməsi xəbərlərinə münasibət bildirib:
“Məni heç kim ordan çıxara bilməz. Necə olurdu ki, avqustun 17-si keçirilən seçkilərdə bir nəfər də olsun idmançı, məşqçi iştirak etmir.
Mənim yerimə Ramin Məmmədovu seçmişdi. Hansı ki, o, federasiyadan qovulub. Oktay Şahverdiyevi isə baş məşqçi qoyublar, heç bir tələbəsi yoxdur, hansısa məktəbdə komendant işləyib. Nazim İbrahimov 28 ay idi ki, idmançılara maaş vermirdi. Onun 26 ayını cibimdən vermişəm. Bu adamın mənə 159 min manat borcu var. Onu verməmək üçün, guya, məni vəzifədən çıxarıb. Amma rəsmi deyildi bu. Heç kim o iclasda iştirak etməmişdi.
Nazim İbrahimovu 2007-ci ildən federasiyaya seçmişdik. 3 il yaxşı işlər gördü. 2010-cu ildən isə bir dəfə də olsun zala ayaq basmayıb. Demişdilər ki, ölkədə hər rayonda zal açacağıq. Amma lazım olan zalı təmir etmədilər. 3 ildir ki, komanda yarışa getmir, 2 ildən çoxdur maaş almır"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər