Gədəbəydə fermerlər imdad diləyir... - Belə davam edərsə...
22-09-2017, 12:20
Oxunub: 2 226
Kartofçuluq rayonu kimi tanınan Gədəbəydə məhsula düşən xəstəlik təsərrüfatçıların əsas probleminə çevrilib
Əsasən Şınıx bölgəsinin kəndlərində yayılan xəstəlik, məhsuldarlığı ciddi şəkildə aşağı salıb.
Bölgədə yaşayan insanların ilk dəfə 5 il öncə rast gəldikləri, mənşəyi bilinməyən bəla, ildən-ilə artıb və hazırda çıxarılan məhsulu tam yararsız hala salıb\
Kənd sakinləri indiyədək rəsmi qurumlara müraciət etmədiklərini bildirirlər. Əvəzində, mütəmadi olaraq kənd təsərrüfatı apteklərindən aldıqları dərmanlardan istifadə ediblər. Amma onların bu səyi heç bir nəticə verməyib.
Təsərrüfatçı Elnur İsayev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində, hər il kartof becərsə də, qışda yemək üçün kartofu bazardan almağa məcbur olduqlarını deyir: "4-5 ildir məhsulumuz naməlum xəstəliyə yoluxub. Bitkiçilik apteklərində məsləhət görülən bütün dərmanlardan istifadə etsək də, heç bir əlac edə bilmirik".
"Əvvəlcə normal inkişafda olur, heç nə bilinmir. Yeri qazanda isə, oradakı məhsulun 70%-i çürük çıxır. Salamat çıxarılan isə, uzağı bir ay ərzində istifadə olunmasa, iylənir və tullamağa məcbur oluruq" — o bildirir.
İsayevin sözlərinə görə, hər il özləri kartof əkirik, amma qışda istifadə etmək üçün məcbur qalıb satın alırlar: "Artıq aidiyyatı orqanlardan xahiş edirik ki, bizim dərdimizlə maraqlansınlar. Xəstəliyin dəqiq diaqnozunu qoysunlar. Canımız qurtarsın bu bəladan".
Kənd sakini Nadir Alıyev bölgənin kartofçuluqla dolandığını, məhsulları zay olandan bu yana isə çarəsiz qaldıqlarını deyir: "Neçə ildir təsərrüfatdan xeyir götürə bilmirik. Əvvəllər bir hektar yerdən cəmi 1 vedrə xarab kartof çıxardı. İndi qışa saxlamağa heç o qədər salamat məhsul olmur. İldən-ilə də xəstəlik daha geniş yayılır. Həyətyanı sahələr də, çöl torpaqlarımız da eyni vəziyyətdədir"
Başqa kənd sakinləri də aidiyyatı orqanlardan kömək istəyir, onları bu bəladan qurtarmaq üçün mütəxəssis göndərilməsini xahiş edirlər.
Gədəbəy rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin müdiri Asif Nağıyev məsələ ilə bağlı Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, artıq torpaqdan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laboratoriyasına göndərilib. Onun sözlərinə görə, bir neçə gündən sonra analizlərin cavabları məlum olacaq və məhsulun məhv olma səbəbi tapılacaq.
Çox Oxunanlar
- 10-08-2024, 17:58 : Məşhur yarışla bağlı sərəncam imzalandı
İdman / Xəbərlər
- 17-08-2024, 17:18 : Bu məhsullar gömrük rüsumundan azad olunub.
Xəbərlər / Ölkə
- 25-08-2024, 12:42 : Sabah hava necə olacaq?
Xəbərlər / Ölkə
- 26-08-2024, 17:56 : Küləkli hava ilə bağlı xəbərdarlıq
Xəbərlər / Ölkə
- 27-08-2024, 19:57 : Gürcüstanda seçkilərin tarixi açıqlandı
Dünya
- 9-08-2024, 17:49 : Heydər Əsədovun Şirvana nə aidiyyatı?
Bölgə / Xəbərlər
- 1-09-2024, 12:03 : Ceyhun Bayramov səs verdi
Siyasət / Xəbərlər
- 16-08-2024, 14:51 : Məşhur aktyor özünü hərraca çıxardı
Dünya
- 14-08-2024, 17:31 : Özbək hərbiçiləri PUA kursunda
Xəbərlər / Ölkə
- 29-08-2024, 17:52 : Azərbaycan idmançısından BÖYÜK UĞUR
İdman / Xəbərlər