BolgeXeber.Com » Xəbərlər » Binalara elan vuranlar cərimələnəcək: 300-2000 AZN CƏRİMƏ (VİDEO)

Binalara elan vuranlar cərimələnəcək: 300-2000 AZN CƏRİMƏ (VİDEO)

26-09-2017, 11:31
Oxunub: 2 505 Binalara elan vuranlar cərimələnəcək: 300-2000 AZN CƏRİMƏ (VİDEO)"İndi it alan, it satan, dul arvad, ərli, ərsiz hamı elan verir"

Bolgexeber.com bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı reportaj hazırlayıb.

Kustar yolla yapışdırılan elan və reklamları harada istəsən, hətta sayğacların üzərində də görmək mümkündür.

Sakin: "İndi it alan, it satan, dul arvad, ərli, ərsiz hamı elan verir".

Sakin: "Mübahisəmiz də düşüb onlarla. Deyirik ki, ay bala, bura binadır. Buranı gül kimi təmir ediblər. Kimə deyirsən? Gecə ilə gəlib yapışdırıb, gediblər".

Düzdür son zamanlar binalarda xüsusi kodlarla açılan qapıların çoxalması müəyyən qədər də olsa prosesin qarşısını alır. Amma ümumi mənzərə yenə ürəkaçan deyil. Təbii ki, bu birbaşa olaraq nəzarətedici orqanların məsuliyyətsizliyidir.

Harda gəldi reklam və elanların yapışdırılması Azərbaycan Respublikasının Reklam qanunlarının da pozulması deməkdir. Çünki sözügedən qanuna əsasən küçə reklamları və elanları müvafiq yerlərdə və lövhələrdə verilə bilər. Əlbəttə ki, qanundan kənara çıxanların cəzası da qanunvericilikdə aşkar göstərilib.

Görünür, cərimə üsulu effektiv deyil. Bəlkə nəzarətedici orqanların sayını çoxaltmaq lazımdır? Məsələn, bu problemdən daha çox əziyyət çəkən Yasamal Rayonunun 19 saylı MKİS-nin sədri deyir ki, onlara ixtiyar verilsə, əllərindən gələni etməyə hazırdırlar.

Yaranan eybəcər mənzərənin şəhərin ümumi görünüşünə təsirindən memarlar da çox narahatdır.

Çıxış yolu kimi bəzi mütəxəssislər şəhərdə reklam lövhələrinin artırılmasını təklif edir. Amma inandırıcı görsənmir ki, bu mənzərənin yaradıcıları reklam lövhələrinin azlığı səbəbindən belə ediblər.