Bakıda saxlanılan cinsi azlıqlardan 16 nəfərində QİÇS və siflis aşkarlanıb - DİN
26-09-2017, 13:35
Oxunub: 2 397
Bakıda paytaxt sakinlərinin çoxsaylı müraciətləri əsasında polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan cinsi azlıq nümayəndələri məcburi həkim müayinəsinə cəlb ediliblər
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, müayinələr tam başa çatmasa da, ilkin nəticələr ciddi narahatlığın olduğunu göstərir.
Tibbi müayinə zamanı cinsi azlığın nümayəndələrindən hələlik 16 nəfərində təhlükəli yoluxucu xəstəlik olan QİÇS və Siflis aşkar edilib: “Bu, bir daha onu sübut edir ki, istər əhalinin polisə müraciəti, istərsə də polisin belə reydlər keçirməsi əsassız olmayıb. QİÇS və digər yoluxucu dəri-zöhrəvi xəstəliklərin daşıyıcıları onlarla təmasda olan neçə-neçə gəncin həyatına, sağlamlığına təhlükə yaradıb. Yeri gəlmişkən onu bildirim ki, belə reydlər heç də cinsi azlığın bütün nümayəndələrini əhatə etmir. Əsasən o şəxslər saxlanılır ki, onlar nümayişkanə, ətrafdakılara hörmətsizlik edərək öz hərəkətləri ilə insanlarda qıcıq, nifrət və ikrah hissləri yaradır və hansısa yoluxucu xəstəliyin daşıyıcısı olması barədə polis və səhiyyə orqanlarında məlumatlar var”.
E. Zahidov onu da əlavə edib ki, tibbi müayinələr davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər