BolgeXeber.Com » Xəbərlər » 1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTO

1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTO

2-10-2017, 09:51
Oxunub: 3 759 1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTOİdarənin Bərdə rayon nümayəndəliyində də bu əlamətdar gün geniş şəkildə qeyd edilib

Ölkəmizdə 1993-cü ildən qeyd olunan 1 oktyabr Beynəlxalq Ahıllar gününün əsası BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamə ilə qəbul olunub. Bu əlamətdar gün Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən geniş şəkildə qeyd edilir. Tədbirlərdə ahılların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarından, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir.

Bolgexeber.com xəbər verir ki,tədbirlərdə yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək barədə, o cümlədən onların nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından zəruri xidmətlərindən söz açılıb.

Regional İdarənin tabeliyində olan Mingəçevir, Yevlax şəhərləri, o cümlədən Bərdə və Tərtər rayonlarında keçirilən tədbirlər maraq dolu anlarla yadda qalıb. Keçirilən silsilə tədbirlərdə ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşüb, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.

İdarənin Bərdə rayon nümayəndəliyində də bu əlamətdar gün geniş şəkildə qeyd edilib. Rayon Mədəniyyət Mərkəzi və mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin təşkil etdiyi tədbirlər ahıllara əsl bayram sevinci yaşadıb.

Öncə Bərdə rayon Mədəniyyət Mərkəzinin 4 nömrəli şəhər klubunda baş tutan tədbirdə çıxışlar edilərək bu tarixi günün yaradılmasından, ölkəmizdə qeyd olunmasından söz açılıb. Həmçinin tədbirdə çıxış edən rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova qeyd edib ki, : - "Yaşlı nəslə, xüsusən də ahıllara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyə olunması üçün bunlar vacib şərtlərdən biridir". Tədbir 4 nömrəli şəhər klubunun özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə davam edib.

Növbəti tədbirlər rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan 2 və 3 nömrəli şəhər klublarında baş tutub. Bir-birindən maraqlı keçən tədbirlərdə çıxışlar səsləndirilərək "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"ndan, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülməsindən danışıblar. Həmçinin 3 nömrəli şəhər klubunda təşkil olunan tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Validə Nabatova ahılları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışıb. Bildirib ki, respublikamızda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Qeyd edək ki, 1 Oktyabr - beynəlxalq ahıllar gününə həsr olunmuş tədbirlər Regional İdarənin tabeliyində olan bütün şəhər və rayon nümayəndəikləri tərəfindən geniş şəkildə davam etdirilir.
1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTO
1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTO
1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTO
1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTO
1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTO
1 Oktyabr - beynəlxalq ahıllar günü Bərdədə qeyd edilib-FOTO