BolgeXeber.Com » Xəbərlər » Gəncədə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilıb

Gəncədə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilıb

2-10-2017, 13:16
Oxunub: 6 063 Gəncədə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Gəncə şəhərində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda seminar keçirilib

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Bolgexeber.com-a bildiriblər ki, seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin, Ombudsmanın Gəncə Regional Mərkəzinin, Gəncə şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin, rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı ümumtəhsil məktəblərinin direktorları, müəllim və şagirdləri iştirak edib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, ötən dövr ərzində ölkəmizdə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair ümumbəşəri normaları özündə əks etdirən qanunvericilik bazası yaradılıb. Hazırda mövcud Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Həmin yaşa qədər olan uşaqların əmək münasibətlərinə cəlb edilməsi qanunla qadağan olunub. Eyni zamanda, Məcəlləyə əsasən, yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır, zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, eləcə də onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb edilmələri qadağandır.

Seminarda yaşı 18-dən az olan işçilər üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. ilə bağlı qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlərdən də bəhs olunub. Bildirilib ki, yaşı 18-dən aşağı olan işçilərlə əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən həmin işçilərin əmək və peşə vərdişlərinin artırılması üçün təmin edilməli olan əlavə şərt və öhdəliklər də həmin müqavilədə qeyd olunmalı, onların iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınmalıdır.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarının qarşısının alınması, yaşı 18-dən az olan işçilərin əmək hüquqlarının müdafiəsi sahəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, iştirakçıların mövzuya dair sualları cavablandırılıb.
Gəncədə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilıb
Gəncədə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilıb