Baş pediatr: "Süni qidaların reklamı dayandırılmalıdır"
2-10-2017, 15:03
Oxunub: 1 967
"Ana südünü əvəz etmək istəyənlər süni qidanın əsassız reklamının yayılmasını dayandırmalıdır".
Bunu ölkənin baş pediatrı Nəsib Quliyev ET Pediatriya İnstitutunda (OMD) Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, körpələrə süni qidalar ancaq həkim resepti və göstərişi əsasında verilməlidir: "Ona görə süni qidaların əsassız şəkildə reklamlarından uzaq olmaq lazımdır".
N.Quliyev qeyd edib ki, körpələrin təbii ana südü ilə qidalanmasını təmin etmək əsas məqsədlərdən biridir: "Ölkədə ana südü ilə qidalanma göstəricisi 1992-ci ildə 1 yaşa qədər olan körpələr arasında 25 faiz təşkil edirdisə, hazırda bu rəqəm 50 faizdir. Bu rəqəm bölgələrdə 50 faizdən yuxarıdır. Bu gün qeyd olunan göstəricinin ilk 6 ay ərzində bir az da olsa artırmaq niyyətindəyik".
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər