“Tarix” dərsliyində biabırçılıq: Ermənilərin xülya xəritəsi - Foto
7-10-2017, 12:35
Oxunub: 2 603
10-cu sinif “Tarix” dərsliyində Ermənistan xülyası olan xəritə yer alıb
Bu barədə əməkdar jurnalist Azər Həsrət məlumat verib. O, bununla bağlı Feysbuk hesabında qeyd edib.
“Təsəvvür belə etmək istəməzdim, amma bu, baş verib. Təhsil Nazirliyi orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliyi nəşr etdirib. Dərslik məktəblərə də paylanıb. Naşir "Şərq - Qərb" nəşriyyatıdır. Və bəlli olub ki, bu tarix dərsliyində dənizdən dənizə böyük Ermənistanın xəritəsi verilib!”
Azər Həsrət qeyd edib ki, Təhsil Naziriyi məsələdən xəbər tutan kimi həmin kitabları məktəblərdən yığışdırmaq üçün işə başlayıb:
“Səs-küy qopub, etirazlar başlayıb, nazirlik bunu ört-basdır etmək üçün dərslikləri say hesabıyla məktəblərdən yığışdırıb. Ola bilər ki, proses hələ başa çatmayıb. Hər yoldan ötənə dərslik yazdırıb, hər yoldan ötəni də bu "dərslik"ləri yoxlamaq üçün ekspert təyin etməyin axırı belə olur. Mövzu diqqətimizdədir”.
Qeyd edək ki, bundan öncə də orta məktəb dərsliklərindəki ciddi qüsurlarla bağlı tənqidlər getmişdi.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər