Maşallah Əhmədov azadlığa buraxıldı
8-10-2017, 12:36
Oxunub: 2 949
Həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədov azadlığa buraxılıb
Dələduzluqda təqsirləndirilərək 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış futbolçu Maşallah Əhmədov azadlığa çıxıb. O, oktyabrın 7-də sərbəst buraxılıb.
Musavat.com xəbər verir ki, M.Əhmədov vaxtından 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Bildirək ki, M.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olanmuş 8 illik cəzadan apellasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmışdı.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qəbyl edilən qərarla onun cəzası 2 ilə endirilmişdi.
Qeyd edək ki, Əhmədov Yusif Əzizova olan 128 min borcunu ödəmədiyi üçün həbs edilib.
M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.
M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.
Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasınıyerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndərCavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər