BolgeXeber.Com » Xəbərlər » Hərracları onlayn rejimdə izləmək mümkündür

Hərracları onlayn rejimdə izləmək mümkündür

11-10-2017, 10:55
Oxunub: 2 210 Hərracları onlayn rejimdə izləmək mümkündür Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir yanaşmaların tətbiqini genişləndirir.
Özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün Komitə tərəfindən açıq və şəffaf hərraclar keçirilir. Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır. Yəni istənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq online izləyə bilər. Eyni zamanda hərracları https://e-emdk.gov.az/eHerrac/Home/Presentation keçidinə keçməklə onlayn rejimdə izləmək mümkündür. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 10 oktyabr tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri- yaşayış sahəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.
Qeyd edilməlidir ki, budəfəki hərrac da rəqabətli olub. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 25 min manat olsa da sonda 40 min 250 manata özəlləşdirilib.
Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Suraxanı rayonunda yerləşən 148 saylı mağaza olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 460 kv.m-dən çoxdur.
Hərracda ən ucuz qiymətə özəlləşdirilən əmlak isə Ağstafa rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin obyektin ümumi faydalı sahəsi 124,8 kv.m təşkil edir.
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxt üzrə Səbail, Nizami, Nərimanov rayonlarında yerləşir.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi Ağstafada yerləşir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin ümumi faydalı sahələri 15 kv.m ilə 124,8 kv arasında dəyişir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Qeyd edilməlidir ki, 2017-ci ildə 40-a yaxın hərrac keçirilib.
Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı 900 mindən artıqdır.
Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur.
Bolgexeber.com
Hərracları onlayn rejimdə izləmək mümkündür