Deputat: Bu, icra hakimiyyətlərinə dərs olar
12-10-2017, 10:20
Oxunub: 2 529
“Əgər hər hansı sahibkara bölgələrdə turizmin inkişaf etdirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən süni maneələr yaradılırsa və qeyri-rəsmi nələrsə tələb edilirsə, onlar müvafiq orqanlara şikayət edə bilərlər
Bu, həm də vətəndaş aktivliyinin nümunəsi ola bilər. Həmçinin bu fikirdə olan başqa adamlara da dərs olar”.
Bolgexeber.com xəbər verir ki, bunu Qafqazinfo-ya açıqlamasında deputat Musa Quliyev ölkə başçısının Nazirlər Kabinetinin iclasında yerli icra hakimiyyətlərinin sahibkarlara turizmin obyektləri açması üçün yer ayırmaları ilə bağlı verdiyi tapşırıqdan danışarkən vurğulayıb.
Deputat qeyd edib ki, prezident Nazirlər Kabinetinin müşavirəsi zamanı çıxışında turizmin inkişafı ilə bağlı tövsiyələrini verib: “Bildirdi ki, yay aylarında bölgələrdə turist sıxlığı müşahidə edilir.
Bu, yaxşı haldır. Digər tərəfdən, turizm obyektlərinin sayı az olduğuna görə bölgələrdə turistlər bu imkanlardan istifadə edə bilmirlər. Ona görə də müvafiq qurumlara tapşırdı ki, bu sahədə işlər daha da yaxşılaşdırılsın.
Hesab edirəm ki, cənab prezidentin bu tapşırığından nəticələr çıxarılacaq. Təkcə yerlərin ayrılması ilə kifayətlənməyəcək, həm də infrastrukturun yaradılmasında dövlət orqanları sahibkarlara kömək etsələr, yaxşı olar. Ayrılan yerlərə kommunal xətlərin çəkilməsi müvafiq dövlət orqanları tərəfindən həyata keçirilərsə, bu da turizmin inkişafına öz dəstəyini verə bilər. Xüsusən, bu sahəyə kreditlərin ayrılması inkişafa öz dəstəyini verə bilər. Cənab prezident bundan əvvəlki çıxışlarında da vurğulamışdı ki, ölkədə 1-2 ulduzlu turizm obyektləri çatışmır. Onların tikilməsi üçün sahibkarlara yerli icra hakimiyyəti orqanları, o cümlədən müvafiq qurumlar tərəfindən kömək göstərilməlidir”.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman