İmişlidə hesabat yığıncağı keçirilib
12-10-2017, 17:24
Oxunub: 2 754
İmişli rayon Heydər Əliyev Mərkəzində 2017-cı ilin üçüncü rübünün yekunu ilə bağlı hesabat yığıncağı keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 09 oktyabr 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirmişdir. 2017-ci ilin doqquz ayının nəticələrindən danışarkən cənab Prezident qeyd etmişdir ki, keçən dövr ərzində Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, beynəlxalq mövqelərimiz möhkəmlənib, iqtisadi inkişaf təmin edilərək bütün sosial məsələlər öz həllini tapmışdır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür və bunun nəticəsində demək olar ki, 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.
Ölkədə sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdəndir. Hər iki istiqamət üzrə yaxşı nəticələr əldə olunub. Belə ki, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artmışdır. Qeyd edilənlər onu göstərir ki, görülən işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir.
2017-ci ilin doqquz ayı ərzində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 401.970.300 mаnаtlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məhsul istehsalının 202.712.200 manatı və ya 50,4 faizi sənaye, 86.255.000 manatı və ya 21,5 faizi kənd təsərrüfаtı, 51.120.200 mаnаtı və ya 12,7 faizi tikinti, 54.796.500 mаnаtı və 13,6 faizi ticаrət və iаşə, 6.692.100 mаnаtı və ya 1,7 faizi nəqliyyat, 394.300 mаnаtı və ya 0,1 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
İnvestisiya qoyuluşu
2017-ci ilin doqquz ayında iqtisadiyyatın əsas sahələrinin inkişafına 57.212.300 manat investisiya qoyulmuşdur. Qoyulmuş investisiya vəsaitinin 17.149.400 manatı sənaye sahəsinə, 25.703.200 manatı kənd təsərrüfatının inkişafına, 16.553.900 manatı enerji və su təchizatının yaxşılaşdırılmasına, 3.402.300 manatı ticarət və xidmətə, 3.989.100 manatı yaşayış evlərinin tikintisinə,qalan vəsaitlər isə ticarət, nəqliyyat, rabitə, tikinti və digər sahələrə sərf edilmişdir. İmişli rayonunda iqtisadiyyatın əsas sahələrinə investisiyaların qoyulması ilə bağlı xarici və daxili investorların cəlb edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatorunun dəvəti ilə bu ilin may ayında İmişli rayon İcra Hakimiyyətinin başçısı və nümayəndə heyəti kiçik və orta sahibkarlığın inkişafına dair Arxangelsk şəhərində keçirilən forumda iştirak etmişdir. Nümayəndə heyətinin tədbirdə iştirakının əsas məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının regionları arasında sosial-iqtisadi, humanitar, ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin hər iki tərəfin kiçik və orta sahibkarlıq subyektlərinin regionlara investisiya qoyulmasına cəlb edilməsi olmuşdur.
İqtisadi islahatlar və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış “2016-2017-ci illər üzrə Regionların İnvestisiya Reytinqi” cədvəlində Bakı və Naxçıvan şəhəri daxil olmaqla 63 rayon və şəhər arasında İmişli rayonu 2016-cı ildə 13-cü, 2017-ci ildə isə 9-cu yerdə olmuşdur.
Sənаyе məhsullаrının istеhsаlı üzrə:
Rayonumuz əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Belə ki “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodları fəaliyyət göstərir.
2017-ci ilin 9 ayında ilkin məlumatlara əsasən 202.712.200 manatlıq sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunan sənaye məhsullarının 94 faizi qeyri-dövlət sektorunun payına düşür.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:
İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da, xüsusi yer tutur. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonumuzda kənd təsərrüfatı inkişaf etmişdir. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Məlumat üçün bildirirəm ki, bu il İmişli rayonunda 15641 ha torpaq sahəsində pambıq əkini işləri aparılmış və 5074 kq xam pambıq tədarük edilmişdir.
2017-ci ilin 9 ayında heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 93.662 baş, qoyunların sayı 249642 baş, quşların sayı isə 1036039 baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 5233,0 ton, süd istehsalı 37166,8 ton, yumurta istehsalı isə 27329 min ədəd olmuşdur. 2017-ci ilin 9 ayı ərzində 11482 hektar sahədə buğda, 4838 hektar sahədə arpa, 237 hektar sahədə kartof, 340 hektar sahədə bostan, 199 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 485 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatlarının yaradılması istiqamətində də müvafiq işlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 ha qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə sənədləşmə işləri aparılır.
Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri mütəmadi olaraq davam etdirilir. Rayon ərazisində suvarma sahəsində daha çox əhəmiyyət daşıyan “Boztəpə”, Osmankanal”, “Qızılarx” və “Xəkiarx” adlanan kanallarda təmizləmə işləri əsasən başa çatmışdır.
Rayonda aparılan abadlıq və quruculuq işləri:
2017-ci ilin 9 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən rayon ərazisində magistral və kənddaxili avtomobil yollarında müvafiq təmir işləri görülmüşdür. Hazırda 23 km-lik İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunda əsaslı təmir işləri aparılır. Bundan əlavə şəhərin M.Müşfiq, M.Quliyev, C.Quliyev, Xiyabani, E.İbrahimov, X.Bəylərov, Q.Nəbi və T.İsmayılov küçələrində ümumi uzunluğu 5646 metr məsafədə asvalt qoyulmuşdur. Şəhərin Heydər Əliyev prospektində və parkında, Bayraq Meydanı ətrafında , Z.Əliyeva küçəsində isə 598 min manatlıq müvafiq abadlıq işləri aparılmışdır.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir.
“Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin və İmişli rayon Məhkəməsinin inzibati binalarında tikintisi başa çatmış, “ASAN” Xidmət Mərkəzinin inzibati binasının tikintisi davam etdirilir. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulmuşdur.
Əhalinin sosial müdafiəsi ilə bağlı:
Azərbaycan Respublikasının Regionlarının sosial iqtisadi Dövlət Proqramlarının icrasına başlanan dövründən hesabat dövrünə qədər olan müddətdə İmişli rayonunda 25609 yeni iş yeri yaradılmışdır. 2017-ci ilin 9 ayında 2381 yeni iş yeri açılmışdır ki, bunun da 1083-sı daimi, 1298-sı isə müvəqqəti iş yerləridir. 827 ailənin 3124 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.
Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:
2017-cı ilin 9 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 240 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 85 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. Belə ki, rayonun Mirili, Qaravəlli, Qızılkənd, Qulubəyli, Xəlfəli, Xubyarlı, Çaxırlı və Oruclu kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri ilə həyətyanı sahələrdən çıxarılaraq yol kənarı ilə kabel xətləri yenidən çəkilmişdir. Hazırda Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli, Otuziki və Göbəktala kəndlərində 10 və 0,4 kv-luq şəbəklərdə yenidənqurma işləri aparılır. İmişli Elektrik şəbəkəsində Enerji təchizatında problemlərin olduğu ərazilərdə 4 ədəd yeni transformator quraşdırılmışdır.
Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2017-ci ilin 9 ayında 6072 yeni fərdi ev, 12 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Beləliklə, 01 oktyabr 2017-ci ilə təbii qaz istehlakçıların əhali sektoru üzrə ümumi sayı 24467 nəfər təşkil etmişdir. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 103 olmuşdur. Rayonun 36 yaşayış məntəqəsi tam qazlaşdırılması təmin edilmiş, Çahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili kəndlərində isə qaz çəkilişi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Bundan əlavə şəhərin bir neçə küçələrində fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılmış, qaz xətlərində təmir işləri aparılmışdır.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Rayonun Murğuzalılı, Mürsəlli, Ağcüyür və Gövhərli kəndlərində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması məqsədilə torpaq sahələri ayrılmışdır. Yaxın zamanlarda tikintisinə başlanılacaqdır. Bununla yanaşı əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Rəsullu, Məhəmmədli, Göbəktala və Şahverdili kəndləri ərazisində bulaq tipli su dirəkləri quraşdırılaraq, su xətləri çəkilmişdir. İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan əlavə Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələri müçün inşa edilmiş 550 fərdi yaşayış evində mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilmişdir.
Təhsil sahəsi üzrə:
İmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşmış, 40-a yaxın məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Bundan əlavə İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli, Qulubəyli kənd tam orta məktəblərinin və Qaradonlu kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir.
Səhiyyə sahəsi üzrə:
Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 80 nəfər həkim və 342 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 76 nəfər həkimə ciddi tələbat vardır. 2017-ci ilin 9 ayı ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür.
2017-ci ilin 9 ayında 1007 uşaq doğulmuşdur ki, onların da 99 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmamışdır.
Əhalinin müainəsi üçün 9 həkim briqadası yaradılmış, həmin briqadalar vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yolxucu xəstəliklərlə mübarizə daimi nəzarətdə saxlanılmış, bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayonda şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.
Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 47 xəstə müalicə alır. Mərkəzi rayon xəstəxanasının ağciyər xəstəlikləri şöbəsi tam təmir olunmuş, Gövhərli tibb məntəqəsi isə tikilib əhalinin istifadəsinə verilmişdir.
Nəqliyyаt sаhəsi üzrə:
2017-ci ilin 9 ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 6.692.100 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 15,6 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 4.416.800 manatı yük daşınmasından, 2.275.300 manatı isə sərnişin daşınmasından yaranmışdır.
Rabitə xidməti üzrə:
2017-ci ilin 9 ayı ərzində əhaliyə 394.300 min manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz az rabitə xidmət göstərilmişdir.
Rabitə xidmətlərinin 344.700 manatı və 87,4 faizi əhaliyə göstərilən pullu xidmətlər təşkil edir.
Ticarət üzrə:
Rayon üzrə ticarət sahəsi demək olar ki, tamamilə özəlləşdirilmiş, ticarət üzrə qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil etmişdir.
2017-ci ilin 9 ərzində rayonda pərakəndə əmtəə dövriyyəsi 167.573.300 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 32.307.300 manat təşkil etmiş, ötən ilin müvаfiq dövrü ilə müqаyisədə pərаkəndə əmtəə dövriyyəsi 18,3 fаiz аrtmışdır.
2017-ci ilin 9 ayı ərzində sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.
Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.
Bolgexeber.com
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman