Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır-FOTO
23-10-2017, 12:00
Oxunub: 2 717
Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir
“Qafqazinfo”nun verdiyi məlumata görə, o və qardaşı Zaur Ağami “Masallı Mamed”lə “Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.
Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən “razborka”dan sonra saxlanılıb. Həmin görüşdə “Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də “Abdulla” kimi tanınır. Bir pasportda o “Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə “Hüseynov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.
Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.
Həmin hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər