Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib
23-10-2017, 14:31
Oxunub: 2 878
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib: Artıq bazar ertəsi də iş günüdür
Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna, əlçatanlığın artırılmasına xüsusi önəm verir. Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də müraciətlərdə vətəndaşa diqqət və qayğının göstərilməsi, iş prinsipinin təkmilləşdirilməsi, iş prosesinin aktivliyi, elektron xidmətlərin sayının çoxaldılması kimi məsələləri ön planda saxlayır. Vətəndaşların müraciətlərinin vaxtında baxılmasına, tez bir zamanda həll edilməsinə xüsusi diqqət göstərir. Bu amala xidmət edən Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaş məmnunluğuna yönələn daha bir fərqliliyə imza atıb.
Belə ki, Komitənin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib. Artıq qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir. Başqa sözlə vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər. Qeyd edilməlidir ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunmuşdur.
Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda əhaliyə bazar ertəsi də daxil olmaqla xidmətin göstərilməsi onların vaxtına qənaət etmiş olur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər