Prezident “Azərsu”ya 15 milyon manat ayırdı
26-10-2017, 18:49
Oxunub: 2 263
Prezident İlham Əliyev “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam izmalayıb
Bolgexeber.com -un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının davamlı inkişafı, əhalinin sağlamlığının qorunması və layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasındadır və bu sahədə müntəzəm işlər görülməkdədir. Son illər qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli suyun fasiləsizliyini təmin etmək, habelə istehlak edilən suyun uçotunu dəqiq aparmaq və itkilərin qarşısını almaq məqsədilə müvafiq suölçən cihazların quraşdırılması başlıca şərtdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istehlakçılara suölçən cihazların quraşdırılması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:
1. Əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər