BolgeXeber.Com » Xəbərlər » Aqil Acalov - xoşməramlı insan-FOTO

Aqil Acalov - xoşməramlı insan-FOTO

27-10-2017, 08:43
Oxunub: 5 460 Aqil Acalov - xoşməramlı insan-FOTO2017 -ci il oktyabrın 23-də İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov doğum gününü federasiyanın kollektivi ilə birlikdə valideyn himayəsindən kənar qalmış və kimsəsiz uşaqlar evinin sakinləri ilə keçirdi

Ana və ata nəvazişinə ehtiyacı olan bu məsum körpələri sevindirmək həqiqətən Tanrı dərgahında bir savabdır. Aylarla, illərlə pəncərənin önündə dayanaraq, niskilli baxışlarla gözünü yollara dikən bu balaca İNSANlara göstərilən kiçik bir qayğı və diqqət heç şübhəsiz qəlblərindəki kədərə sevinc, üzlərindəki qəmə təbəssüm gətirir. Əlbəttə Azərbaycan Respublikasının prezidentİ cənab İlham ƏLİYEV və ölkənin birinci vitse-prezidenti, Heydər ƏLİYEV fondunun prezidenti Mehriban xanım ƏLİYEVA kimsəsiz və valideyn himayəsindən kənar qalmış uşaqlara daima mənəvi və maddi dəstək olurlar. Onların qayğı və diqqəti nəticəsində uşaqlarda xoşbəxt və uğurlu gələcəyə inam yaranmışdır. Azərbaycanda uşaq və qocalar evlərinə dövlət səviyyəsində yardım edilir. Həmin evlərin sakinlərinin normal yaşayışı üçün maksimum şərait yaradılmışdır. Xüsusəndə gənc nəslin təlim-tərbiyəsinə, təhsilinə və sağlamlığına əhəmiyyətli dərəcədə önəm verilir verilir. Bütün qeyd olunanlara əsaslanaraq demək olarki bu gün Azərbaycanda valideyn himayəsindən kənar qalmış və kimsəsiz uşaqlar hərtərəfli surətdə tam təminatlıdırlar\. Lakin bir incə məsələ varki bu bizlərin boyun borcumuzdur. Həmin uşaqları başa çıxmaq onlara doğmalıq göstərərək tənhalığın nə olduğunu unutdurmaqdır. Yazının əvvəlində qeyd olunduğu kimi İqtisadiyyat üzrə fəlsəfə doktoru Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov doğum gününü kollektivi ilə birgə uşaq evlərinin birində qeyd etmişdir. Aqil müəllimin bu addımını ancaq alqışlamaq gərəkdir. Özü üçün şəxsi önəm daşıyan bir gündə məhz gözü yolda olan balalarımızı sevindirən Aqil müəllim bu günü ömrünün ən unudulmaz və təntənəli günlərindən sayır desəm yanılmaram. Taleyi üzünə gülməyən onlarla uşağı bir günün içində və müəyyən zaman kəsiyində dərdən -qəmdən uzaqlaşdıraraq xoş anlar yaşatmağın özü böyük ürək sahibi olmaq deməkdir. Bu missiyanı həyata keçirdiyinə görə, ürəyi vətənpərlik hissi ilə döyünən xoşməramlı insana, Aqil Acalova hədsiz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sonda bir məsələni xüsusi vurğulamaq istərdim. Azərbaycanda ailələr varki uzun illər övlad həsrətilə yaşayırlar. Zənnimcə həm onların bu məsum balalara həm də balalarımızın isti ocağa ehtiyacı
Nuranə Şıxəliyeva,ictimai fəal xanım,dəstək oldu,

Hüseyn KƏRİM

Fotolar:İlqam Cəbiyev

Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTOAqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO
Aqil Acalov - xoşməramlı insan-FOTO