Azərbaycanda 14 yaşında ərə verilən qızın SEVGİ DRAMI - İKİSİ DƏ ÖLDÜ
27-10-2017, 12:06
Oxunub: 2 753
Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş vermiş dəhşətli ailə faciəsinin detalları məlum olub
Lent.az xəbər verir ki, qardaşı sevdiyi oğlanı öldürəndən bir həftə sonra canına qıyan 21 yaşlı Xəlilova Ayşən Azər qızının daha əvvəl bir dəfə ailəli olduğu məlum olub. Hələ 14 yaşında ailə quran Ayşənin bu uğursuz izdivacdan 2 azyaşlı oğlan övladı varmış. Gənc qadın övladları ilə birgə ata evinə qayıdıbmış. Daha sonra onun eyni küçədə yaşayan 28 yaşlı Tural Məmmədovla münasibəti yaranıb.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, Tural Məmmədov tərbiyəli gənc kimi tanınıb. Ayşən Xəlilova barəsində də xoşagəlməz fikir olmayıb. Lakin qızın 17 yaşlı qardaşı Həsrət Xəlilov onların münasibətindən xəbər tutandan sonra qəti etirazını bildirib və evdə dava-dalaş salıb. Daha sonra o, Turalı bıçaqlayaraq öldürüb.
Bu günlərdə Ayşən Xəlilova qardaşı tərəfindən öldürülən Turalın məzarı başında özünü öldürmək istəyib. Lakin buna imkan verilməyib və onu ata evinə gətiriblər. Daha sonra evdə nəzarətsiz qalan 21 yaşlı Ayşən özünü asaraq intihar edib.
Ayşən Xəlilova bu gün dəfn ediləcək. Onun qardaşı tərəfindən qətlə yetirilən Turalgildə isə bu gün yeddi mərasimidir.
Qeyd edək ki, oktyabrın 20-də Zəyəm qəsəbəsində 28 yaşlı Tural Məmmədov həmkəndlisi, 17 yaşlı Həsrət Xəlilov tərəfindən bıçaqlanaraq öldürülüb. Oktyabrın 26-da Həsrətin isə T.Məmmədovla sevgi münasibətində olan bacısı Ayşən özünü asaraq intihar edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər