BolgeXeber.Com » Xəbərlər » Metropolitenin mətbuat katibi mahnı oxudu - Video

Metropolitenin mətbuat katibi mahnı oxudu - Video

1-11-2017, 11:16
Oxunub: 2 202 Metropolitenin mətbuat katibi mahnı oxudu - VideoBakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev tələbələr üçün mahnı ifa edib. N.Paşayev “Azərbaycan” mahnısını ifa edən zaman çəkilən videosunu sosial şəbəkədə paylaşıb

Bu barədə Kult.az-a açıqlama verən QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri N.Paşayev bildirib ki, bu il onların Türkiyəyə təhsil almağa getmələrinin 25 illiyidir. 18 noyabr tarixində bu məqsədlə “Böyük Tələbə Lahyihəsi 25” adlı tədbir keçiriləcək:

“Türkiyəyə ilk test imtahanı ilə qəbul olub, orada təhsil alan tələbələrin 25 illik yubileyidir. Bu məqsədlə tədbir keçiriləcək. Tədbirdə belə bir hissə var ki, tələbələrin bir neçəsi bir türk və bir Azərbaycan mahnısı ifa edəcəklər. Bu görüntülər də ora hazırlıq zamanı çəkilib”.

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ifasını təqdim edirik: