Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq-FOTO
12-12-2017, 12:50
Oxunub: 3 174
Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının on dördüncü ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir
Dekabrın 12-də rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının kollektivləri, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Bolgexeber.com xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimaiyyət nümayəndələri ilə söhbətində Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərə füzulililər adından sonsuz sevgi və ehtiramını ifadə edib.
Alı Alıyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Bildirib ki, on dörd il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Alı Alıyev qeyd edib ki, Heydər Əliyevin ideya və arzuları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər