BolgeXeber.Com » Xəbərlər » Goranboyda ağır yol qəzası: 3 nəfər öldü

Goranboyda ağır yol qəzası: 3 nəfər öldü

13-12-2017, 09:29
Oxunub: 1 541 Goranboyda ağır yol qəzası: 3 nəfər öldüGoranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, rayonun Səfikürd kəndində ağır tonnajlı yük maşını "VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə "VAZ”-da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.