Ağdaşda tələbə qətlə yetirilib
14-12-2017, 12:49
Oxunub: 2 701
Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsidir.
Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdaş Dövlət Humanitar Kollecindən isə bildirilib ki, kollecin 2-ci kurs tələbəsi Ətraf Nəsibov bu gün saat 10:00 radələrində bıçaqlanıb. Hadisə kollecin ərazisindən kənarda baş verib. Faktla hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
***
10:54
Ağdaşda qətl hadisəsi baş verib.
Hadisə bu gün 10.30 radələrində Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.
16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.
Onun meyiti müayinə olunmaq üçün Ağdaş "morq"una aparılıb.
Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər