100 zəif universitetdənsə, 20-30 güclü universitet olsun - Millət vəkili
14-12-2017, 18:09
Oxunub: 2 534
"Təhsil sistemində, ümumiyyətlə, universitetlərdə elmin inkişafına çalışmaq lazımdır”.
Bolgexeber.com xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə AMEA ilə təhsil sisteminin birləşə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O, bildirib ki, ali təhsil müəssisələrində elmi gücləndirmək lazımdır:
"Bu gün Azərbaycanda 100-dən yuxarı universitet fəaliyyət göstərir. Bu, böyük rəqəmdir. Məncə 100 deyil, 20-30 güclü universitetin yaradılmasına ehtiyac var. Söhbət universitetlərin birləşməsindən, iqtisadi vəziyyətlərinin yaxşılaşmasıdan, təhsilin keyfiyyətinin yüksəldilməsindən və tələbə sayının artırılmasından gedir. İqtisadi potensialı yüksək olan universitetlər öz nəzdində təhsili, elmi inkişaf etdirə bilər”.
Asim Mollazadə Azərbaycan Milli Elmlər Akademiyasının SSRİ dövründən qalmış sistem olduğunu vurğulayıb: "Tədricən bu sistemi xüsusi olaraq, fundamental elmi universitetlərə, kommersiya imkanları olan elmi-tədqiqat universitetlərinə birləşdirmək olar. Onlar öz-özünü maliyyələşdirə bilər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər