“Uğur-2” yaşayış kompleksində özbaşınalıq - Sakinlər niyə narazıdır?
15-12-2017, 11:45
Oxunub: 3 064
Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən “Uğur-2” yaşayış kompleksində binaların balkonlara çıxış qapıları yoxa çıxıb
AzEuroNews.com-un məlumatına görə, “Akkord” tikinti korporasiyası tərəfindən inşa edilən 20 mərtəbəli 8 binanın əksəriyyətində qapılar çıxarılaraq aparılıb.
Bu işləri kimlərin etdiyi məlum olmasa da, bir çox mərtəbələrin qapıları müəmmalı şəkildə qəhətə çıxıb və oğurlandığı ehtimal edilir.
Hazırda 2, 3, 4-cü və demək olar ki, əksər binaların 19-cu mərtəbədən başlayaraq üzüaşağı balkona çıxış qapıları götürülüb.
Sakinlərin sözlərinə görə, əvvəllər qapılar var idi. Amma kimlərsə oğurlayıb və araşdırılmır.
Nəticədə soyuqdan liftin qarşısında dayanıb gözləmək olmur, mənzillərə də külək, soyuq daxil olur.
“Akkord”a dəfələrlə bu məsələ barədə deyilib. Amma heç bir tədbir görülməyib. Balkonlara qapıların qoyulmamasını vəsait çatışmazlığı ilə əlaqələndiriblər.
Hazırda “Uğur-2” yaşayış kompleksində 50-dən çox qapı yoxa çıxıb və sakinlər onların satılmasından şübhələnirlər.
Binalarda yaşayanlar isə qış aylarında qapıların olmamasından daha çox əziyyət çəkdiklərini bildirirlər. Məhz həmin qapılar aparılıb deyə mənzillərə soyuq girir.
Artıq çarəsizlikdən qonşular arasında maliyyə toplanır və qapılar almağa başlanır. Eyni zamanda binalardakı şəraitdən narazı qalanlar arasında evlərini satışa çıxarıb buranı tərk edənlərin sayı getdikcə çoxalır.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər