Bakıda möcüzə baş verdi: ovuc boyda doğulan uşaq sağ qaldı
15-12-2017, 13:18
Oxunub: 3 435
Azərbaycanda çəkisi cəmi 950 qram olan oğlan uşağı doğulub
Respublika Müalicə Diaqnostika Mərkəzindən (RMDM) Sputnik.az-a bildiriblər ki, həkimlərə onu xilas etmək və normal vəziyyətə gətirmək müyəssər olub.
Bu, son illər ərzində son dərəcə aşağı çəkisi olan uşağın xilas edilməsi ilə bağlı ilk belə haldır. Bundan əlavə, uşağın özünün doğulması da unikaldır. Çünki adı çəkilməyən ana artıq 8 ildir nikahda olsa da, sistematik uşaq düşməsindən əziyyət çəkirdi.
Artıq 28 yaşı olan qadın bir daha ana ola bilməyəcəyini düşünərək, özünü sonsuz sayırmış. Amma möcüzə baş verib. Hamilə qalan qadın RMDM-ə müraciət edib. Klinikada araşdırma zamanı müəyyən olunub ki, qadın yaxın qohumuna ərə gedib və çox mümkün ki, uşaq düşmələrinin səbəbi də məhz bu faktordur.
Neantoloq Arzu Həsənovanın sözlərinə görə, hamiləliyin 34-cü həftəsində dünyaya gələn körpə dərhal retinopatiya riski ilə bağlı müayinəyə göndərilib, eşitmə qabiliyyəti yoxlanılıb və digər zəruri müayinələr keçirilib. Bütün risklər yoxlanıldıqdan sonra körpə normal çəkiyə çatdırılıb və bir ay sonra RMDM-dən evə buraxılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər