BolgeXeber.Com » Xəbərlər » ““Gənclər evi” sosial xidmət şəbəkəsinin faydalı iş əmsalı xeyli aşağıdır”

““Gənclər evi” sosial xidmət şəbəkəsinin faydalı iş əmsalı xeyli aşağıdır”

19-12-2017, 17:24
Oxunub: 1 596 ““Gənclər evi” sosial xidmət şəbəkəsinin faydalı iş əmsalı xeyli aşağıdır”““Gənclər evi” sosial xidmət şəbəkəsinin yaradılaraq istifadəyə verilməsi çox önəmli bir addım idi. Bu proses ölkənin demək olar, bütün regionlarını əhatə edib. Lakin bu şəbəkənin fəaliyyəti, onun faydalı iş əmsalı mövcud potensialdan xeyli aşağıdır”

Bunu Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev “Azərbaycan hökuməti ilə birgə BMT-nin Gənclər Evlərinə dair birgə təşəbbüsü” layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, regionlarda bir çox gənc bu evlərin fəaliyyətindən xəbərsizdir: “Bu amilləri nəzərə almalıyıq. Artıq gündəlikdə “Gənclər evi”nin effektivliyi və onların dayanıqlılığının təmin olunması dayanır. Məlumdur ki, region gənclərinin bəzi zərərli vərdişlərə, müxtəlif ziyanlı qrupların təsiri altına düşməsi məhz asudə vaxtın təşkili ilə bağlı alternativlərin az olmasından irəli gəlir. Gəncləri zərərli vərdişlər, radikalizm, ekstremizm və bu kimi digər neqativ hallardan qorumaq üçün maarifləndirmə ilə yanaşı, onların asudə vaxtları ilə bağlı tədbirlər həyata keçirmək çox vacibdir. Hər regiona xas xüsusiyyətlər, adət-ənənələr nəzərə alınmaqla müvafiq proqramın tərtib olunması, peşəkar rəhbər və komanda tərəfindən koordinasiya olunması “Gənclər evi”nin effektivliyini artırmağa kömək edəcək”. (APA)