BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi sərgi və satış yarmarkaları təşkil edir

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi sərgi və satış yarmarkaları təşkil edir

20-12-2017, 12:58
Oxunub: 2 803 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi sərgi və satış yarmarkaları təşkil edirBərdə Regional Mədəniyyət və Turizm İdarəsi yerli əhali ilə yanaşı, turistlərin də istəyini nəzərə alaraq istirahət və əyləncə parklarında, həmçinin mədəniyyət müəssisələrində sərgi və satış yarmarkaları təşkil edir

Yerli əhali və turistlərin mədəni istirahətlərini daimi diqqət mərkəzində saxlayan regional idarə bu dəfə də ənənəyə sadiq qalaraq silsilə tədbirlər təşkil edir.

Sözügedən tədbirlərdən biri də Bərdə Dövlət Rəsm Qaleriyasında baş tutub. Sərgi və turizmin satış yarmarkası şəklində baş tutan tədbirdə regional idarənin Mingəçevir, Yevlax şəhərləri, o cümlədən Tərtər rayon nümayəndəliyindən qonaqlar, şəhər əhalisi, turistlər və çoxsaylı mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbinin rəsm sinfinin şagirdi Nərgiz İbrahimzadənin çəkdiyi bir-birindən gözəl rəsm əsərləri ilə yanaşı, bölgədə turizmin xüsusiyyətlərini özündə cəmləşdirən müxtəlif suvenirlər, həmçinin turizm çap məhsulları nümayiş etdirilib. Maraq çəkən digər məqamlardan biri də təşkil olunan kitab sərgisi olub. Sərgilənən ədəbiyatlar böyük maraqla qarşılanıb.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə regional idarənin məsləhətçisi Ceyhun İsmayılzadə açıb. Ceyhun İsmayılzadə bölgədə turizm sektorunun önəmindən danışaraq qeyd edib ki, “Regional idarə və Bərdə Turizm İnformasiya mərkəzinin məqsədyönlü şəkildə apardığı işlərin məntiqli nəticəsi olaraq satış yarmarkaları təşkil edilir”. Daha sonra o, Regional idarənin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərindəki istedadlı şagirdlərin əl işlərindən ibarət sərgilərin davamlı olaraq nümayiş etdirilməsindən, istedadlı gənclərin üzə çıxarılması sahəsində görülən tədbirlərdən və onların davamlı inkişafına şərait yaradılmasından bəhs edib.

Bütün bunlarla yanaşı onu da qeyd edə ki, bu cür tədbirlər Regional idarənin tabeliyindəki digər şəhər və rayonlar nümayəndəliklərində də mütamadi olaraq keçirilir. Bu da öz növbəsində regiona gələn yerli ve xarici turistlərin axınını sürətləndirir və onların böyük marağına səbəb olur.

Tədbirlərin təşkili regional idarə tərəfindən davam etdirilməkdədir.
Bolgexeber.com