BolgeXeber.Com » Xəbərlər » Sakinlərin evini ucuz alan tikinti şirkətləri

Sakinlərin evini ucuz alan tikinti şirkətləri

20-12-2017, 13:35
Oxunub: 2 757 Sakinlərin evini ucuz alan tikinti şirkətləriBakıda köhnə evlərin sökülərək yerində yeni binaların tikilməsi prosesi sürətləndikcə vətəndaşların şikayətləri də artır

Çox vaxt vətəndaşlara məxsus evlər real dəyərindən az qiymətləndirilir. Belə ki, tikinti şirkətləri bir kvadratmetr üçün adətən, 1500 manat təklif edir, amma mənzilin qiyməti yerindən asılı olaraq 1550-1800 manat ola bilir. Elə mənzil var ki, şəhərin mərkəzi hissəsindədir.Belə olanda isə mənzilin qiyməti dəyərinə görə dəyişir.

Yəni belə mənzillərin kvadratmetrinə daha çox məbləğ qoyulur.Amma tikinti şirkətləri bundan istifadə edərək, məsələni öz xeyirlərinə həll etməyə çalışırlar. Mənzilə dəyərindən az məbləğ təklif olunur, müxtəlif əsaslar gətirilir, vətəndaşların əmlak və şəxsi hüququna müdaxilə edirlər. Halbuki vətəndaşa mənzilə görə daha çox kompensasiya almaq sərf edir.Təbii ki, burada söhbət dövlət ehtiyacları üçün sökülməsi gərək olan binalardan getmir.Məsələ indi də aktuallığını qoruyub saxlayır və hazırda ciddi problemə çevrilib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda əmlak toxunulmazlığı ilə bağlı məsələdə konkret göstərilir ki, hansı hallarda dövlət ehtiyacı üçün hansı obyekt, ərazi götürülə bilər:

“Hər iki halda dünya praktikasına görə vətəndaşın əmlakı bazar qiymətinə uyğun dəyərləndirilməlidir. Lakin ola da bilər ki, vətəndaş bazar qiymətindən daha az qiymət desin. Hər halda şirkət, dövlət, kim olur-olsun, vətəndaşı razı salmalıdır. Azərbaycanda mülkiyyət hüquqlarına hörmət olmadığına görə istər qanunvericilikdə nəzərdə tutulan qaydalara, istərsə də beynəlxalq standartlara uyğun kriteriyalara əməl olunmur.Əslində dövlət və hər hansı bir tikinti şirkəti tərəfindən götürülən obyektlər də eyni mərkəzdən alınır.Dövlət nə qədər qiymət qoyursa, vətəndaşa da məcbur edirlər ki, şirkətin qoyduğu qiymətlə razılaşsın.Bu belə olmamalıdır.Bu həm əmlak, həm də vətəndaş hüququnun pozulmasıdır.İstər dövlət, istərsə də şirkət götürsün, istənilən halda vətəndaş razı salınmalıdır.Konkret məsələ bu yöndə həll olunmalıdır.Çox təəssüf ki, Azərbaycanda bu hələ ki mümkün deyil.Bu böyük bir çatışmazlıqdır”.