Bu gün ilin son “El-Klasiko”su baş tutacaq
23-12-2017, 11:55
Oxunub: 3 501
Bu gün İspaniya La Liqasında ilin sonuncu "El-Klasiko”su keçiriləcək
Qaynarinfo xəbər verir ki, XVII tur çərçivəsində "Real" "Barselona”nı qəbul edəcək
Əzəli rəqiblərin cari çempionatda "Santyaqo Bernabeu” stadionunda baş tutacaq ilk dueli Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
Ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan "Real" cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider "Barselona”dan 11 xal geri qalır. Lakin "Kral Klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi "Atletiko”nu 6 xal qabaqlayır.
Növbəti matç bu kollektivlərin La Liqada 175-ci dueli olacaq. Əvvəlki görüşlərdən 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə "Real"la "Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 11-də isə "göy-narıncılar” qələbə qazanıblar.
La Liqa
XVII tur
23 dekabr
16.00 Real Madrid - Barselona
Real (gözlənilən heyət): Keylor Navas, Dani Karvahal, Rafael Varane, Serxio Ramos, Marselo, Kasemro, Luka Modriç, Toni Kroos, İsko, Kriştiano Ronaldo, Kərim Benzema.
Barselona (gözlənilən heyət): Marc-Andre ter Stegen, Serj Roberto, Cerard Pike, Xavyer Maskerano, Jordi Alba, Serxio Buskets, İvan Rakitiç, Andres İnyesta, Paulinyo, Lionel Messi, Luis Suares.
Baş hakim: Xose Mariya Sançes Martines.
"Santyaqo Bernabeu” stadionu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər