Vəkilindən Fədayə Laçınla bağlı açıqlama: "Bir telefon zəngi ilə..."
5-01-2018, 16:26
Oxunub: 2 861
Həbsdə olan müğənni Fədayə Laçınla bağlı yanvar ayının sonunda yenidən məhkəməyə müraciət olunacaq
Bu barədə müğənninin vəkili Türkəl Süleymanlı açıqlamasında bildirib:
"İstəyimiz də budur ki, onunla bağlı həbs qətiimkan tədbiri ləğv olunsun və onun həbsi ev dustaqlığı ilə əvəzlənsin. Çünki səhhətində problemlər var. Həm də o heç də istintaq orqanlarından yayınmayıb, gizlənmir, Bakıda yaşayır.
Buna görə də onun türmədə saxlanmasına zərurət yoxdur. Fədayə Laçın bir telefon zəngiylə durub polisə gedib. Onun üçün axtarış elan olunmayıb. Qaçıb gizlənməyib ki, indi də türmədə saxlansın".
Vəkil sənətçinin Yeni ildə ailə üzvləri ilə görüşmədiyini də bildirib:
"Fədayə xanım mənə "ailəmlə görüşmək istəyirəm", deyə müraciət etməyib. Olubsa da yəqin bunu ürəyində saxlayıb".
Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.(yenicag.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər