Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib - SİYAHI
8-01-2018, 09:41
Oxunub: 2 701
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra mübahisəli söz yeni variantda təqdim olunub
“Report” xəbər verir ki, sözlük Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də Azərbaycan daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə, həmçinin mövcud orfoqrafiya qaydalarına uyğun şəkildə tərtib edilib.
Əvvəlki orfoqrafiya lüğətlərində yer alan yüzlərlə lüzumsuz səs və onlara dair törəmələrdən yalnız məna kəsb edənləri saxlanılb.
Sözlüyə əvvəlki orfoqrafiya lüğətlərində yer almamış buzlaşma, çəkələk, çitə, çivzə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, ənsə, əntiqçi, fokusçu, gödəkçə, güvən, həmmüəllif, hürgüc, hürkmək, ilginc, qamçı, qaraçuxa, qarahüruh, qavram, maya, məhrək, nəmər, ora, orada, ödəyici, önəm, sağın, salat, südçörəyi, uca, yayımlama və s. bu kimi mindən çox Azərbaycan sözü, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, avroviziya, batut, deltaplan, ekzitpol, etno-caz, filmoqrafiya, fotosessiya, gid, xoreoqraf, moratori, multikultural, multikulturalizm, piar, pilates, pin-kod, prelüdiya, publik, publika, seysmoaktiv, seysmoloq və s. terminlər daxil edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər