Hacıqabulda 20 Yanvar şəhidləri anıldı
19-01-2018, 13:24
Oxunub: 2 765
14 yanvar 2018-ci il tarixində Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin və rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Cəngən kənd Diyarşünaslıq evində Qarabağ şəhidi olan Cəfər Məmmədağa oğlu Cəfərovun ildönümü münasibətilə anım tədbiri keçirildi
Tədbirdə rayon mədəniyyət müəssisələrinin nümayəndələri (Mərkəzi Kitabxana: Pakizə Babakişiyeva, Surahi Məmmədova, Nərminə Şirinova və Ülviyyə Qasımova, Qarasu kənd kitabxanasının müdiri Şamil Azadov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev) ilə bərabər, Udulu ərazisinin mədəniyyət müəssisələrinin və orta məktəblərinin əməkdaşları, orta məktəb şagirdləri, kənd sakinləri, eləcə də rayon hərbi komissarlığının səfərbərlik şöbəsinin zabiti, kapitan Elçin Əliyev iştirak edirdilər.
Bolgexeber.com xəbər verir ki, kənd icra nümayəndəsi Əmrah Süleymanova, kənd məktəblərinin direktorları Eldar Rzayevə və Kamal Əskərova, müəllim-şair Əmrah Əmrahova, yerli Qarabağ qazisi Ramiz Təhməzova, kəndin axundu Hacı Seyid Əhmədə, yerli mədəniyyət evinin müdiri Sərdəxan Təhməzova, kitabxanaçılar Pakizə Babakişiyevaya və Surahi Məmmədovaya, Ağdam cəbhəsində qəhrəmanlıqla döyüşmüş şəhidi olan Cəfər Məmmədağa oğlu Cəfərov haqqında geniş çıxışlar etdilər. Məktəblilər şəhidlərə həsr olunmuş şeir-kompozisiya ilə çıxış etdi. Mədəniyyət evindəki tədbir bitdikdən sonra iştirakçılar şəhid Cəfər Cəfərovun kənd qəbristanındakı məzarını ziyarət etdilər, kənd axundunun oxuduğu yasin surəsini dinlədilər və məzarın üstünə çiçəklər düzdülər.Şəhid Cəfər Cəfərovun ildönümü münasibətilə anım tədbir onun xatirəsi naminə verilən ehsan məclisilə bitdi.
Allah şəhidlərimizə rəhmət eləsin!


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər