BolgeXeber.Com » Xəbərlər » Prezidentdən Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı - Sərəncam

Prezidentdən Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı - Sərəncam

19-01-2018, 19:14
Oxunub: 3 009 Prezidentdən Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı - SərəncamAzərbaycan prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un məlumatına görə, “İslam Həmrəyliyi İli”nin davamı kimi 2018-ci ildə keçiriləcək əlavə tədbirlərin maddi təminatı üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.