Hamburger və fast-food genlərimizi dəyişir
24-01-2018, 10:01
Oxunub: 2 292
Bizim immun sistemimiz fast-food qidalarını bakterial infeksiya kimi qəbul edir, bu qidalar “epigenetik dəyişikliklər”ə yol açır
Bolgexeber.com Medicina.az-a istinadən xəbər verir ki, bu nəticəyə Bonn Universitetinin genetik alimləri gəliblər.
Siçanlar üzərində aparılan təcrübədə bir neçə siçan “qərbsayağı pəhriz”ə otuzdurulub. Onlara yağı, şəkəri, duzu bol olan fast-foodlar verilib, meyvə, tərəvəz isə verilməyib. 1 aydan sonra onların qanında təhlükəli infeksiyaya yoluxmada olduğu kimi immun hüceyrələri yaranıb.
“Sağlam olmayan qidalanma” siçanların qanında qranulosit və monositlərin sayını artırıb. Alimlər siçanların orqanizmində “fast-food ötürücüsü” adlı bir gen təyin ediblər ki, bu gen zərərli qidalara güclü reaksiya verir.
Ən maraqlı fakt isə bu pəhrizin immunitetə təsiri olub. Fast-food siçanların genetik informasiyanı qoruyub saxlamaq qabiliyyətini dəyişib. Hüceyrələrdəki DNK sapları adətən zülal ətrafında dolanmış kimi olur. Amma qeyri-sağlam qidalanmadan sonra bu saplar öz strukturunu dəyişərək, bir neçə sapın topadan ayrılıb ayrıca struktur kimi qalmağa can atıb. Belə mənzərə adətən orqanizmdə iltihabi proses başlayanda baş verir.
Siçanlar 1 aydan sonra adi qidalanmalarına keçdikdən sonra qanda DNK-nın mənzərəsi dəyişib, iltihab prosesi əlamətləri yoxa çıxıb, amma immunitetdə epigenetik dəyişikliklər hələ də qalmaqda davam edib.
Bu təcrübə onu göstərib ki, fast-food və zərərli qidalanmaya orqanizmin reaksiyası bir iltihabi prosesə olan reaksiya kimidir. Orqanizm bu qidanı təhlükə və xəstəlik kimi qəbul edir, dərhal qanda dəyişikliklər baş verir, “döyüş hazırlığı” siqnalı verilir.
Əgər insan bu zərərli qidalardan əl çəkib, sağlam qidalanmaya keçərsə, orqanizm yalnız 2-3 aydan sonra bunu başa düşüb, bu prosesləri ləğv edə bilər. Amma insan uzun müddət – uşaqlıqdan yaşlanana kimi fast-food yeyərsə, onun qanında və genetikasında bu dəyişikliklər geridönməz hala çevrilər, burdan da II tip şəkərli diabet, ürək, qan-damar sistemində problemlər başlayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər