Ekologiya və Təbii Sərvətlər Naziri İmişli şəhərində vətəndaşları qəbul edib
25-01-2018, 16:22
Oxunub: 3 188
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər
Bolgexeber.comxəbər verir ki, yanvarın 25-də Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Zərdab, Füzuli, Beyləqan, Xocavənd və Laçın rayonlarının vətəndaşları ilə görüşüb.Qəbuldan əvvəl nazir Hüseynqulu Bağırov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dərin ehtiramlarını bildirmişdirlər
Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər