DİN Şəkidəki basqınla bağlı MƏLUMAT YAYDI
26-01-2018, 14:28
Oxunub: 2 183
Yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub
Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 6 radələrində Kiçik Dəhnə kəndindəki “Dəhnə petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin oradakı yardımçı otağın pəncərə şüşəsini sındırması, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxdıqları məlum olub.
Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə onlardan biri – Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli “isti izlər”lə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkçə aşkar edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər