İnternetdə tanış olduğu qadın Bakı sakininin başına oyun açdı
27-01-2018, 14:25
Oxunub: 2 615
Yanvarın 25-də, axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub
DİN-dən verilən məlumata görə, Hadisə yerinə dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21:00 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döydüyü, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getdikləri məlum olub.
Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən dörd nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.
Görülmüş tədbirlərlə onlardan biri - paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər