BolgeXeber.Com » Xəbərlər » Bakıda avtobus sürücüsü məktəblilərin həyatını riskə atır – VİDEO

Bakıda avtobus sürücüsü məktəblilərin həyatını riskə atır – VİDEO

29-01-2018, 11:52
Oxunub: 1 577 Bakıda avtobus sürücüsü məktəblilərin həyatını riskə atır – VİDEOAvtobus sürücülərinin məsuliyyətsizliyi zaman-zaman gündəmə gətirilib

Bolgexeber.com xəbər verir ki, “Xəzər TV” qapısı açıq şəkildə hərəkət edən şəhərdaxili avtobuslarla bağlı sujet hazırlayıb.

Videoda Koroğlu metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusun qapısının açıq hərəkət etdiyi əks olunurdu. Ən dəhşətlisi də odur ki, məktəblilər açıq qapıdan sallanırlarmış.

TV əməkdaşları məsələni aydınlaşdırmaq məqsədilə 99 JH 483 dövlət nömrə nişanlı avtobusun sürücüsünə müraciət ediblər. Sürücü özünə haqq qazandıraraq, “şagirdlər dərsdən qayıdanda hər zaman qapıdan sallaşırlar” deyə cavab verib.

Marşrut xəttinin Namiq adlı rəsmisi isə deyib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.