İsa Həbibbəyli: Narazılığı yaradanlar dilçi olmayanlardır
29-01-2018, 17:46
Oxunub: 3 411
“Bu gün görürük ki, “əsgər” sözününün yazılışını kütlə “əskər” kimi dəstəkləmir
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, dilçilərin 50 faizi “İsgəndər”, “əsgər” deyilməlidir” deyir:
“Komissiya da, yəqin ki, bu sözlərin yazılışı kimi “İsgəndəri”, “əsgəri” qəbul edəcək”.
Onun sözlərinə görə, “alqı-satqı” sözü “çalğı” sözü ilə eyni qaydada yazılmalıdır:
“Alqı-satqı” ilə eyni qaydada deyilən “çalğı” sözü də var. Amma biz “çalqı” yox, “çalğı” yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. İctimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılmasının tərəfindədir”.
Komitə sədri deyib ki, alimlər yeni orfoqrafiya qaydalarınını başa düşürlər:
“Ancaq çox təəssüf ki, bəzi yazıçılar, jurnalistlər sosial şəbəkələrdə bu qaydalarla bağlı əsassız təkliflər verirlər. Onların yazdığı bir cümlədə 13 səhv olur”.
Komitə sədrinin dediyinə görə, dünya standartlarına əsasən, hər 10 ildən bir orfoqrafiya qaydaları hazırlanmalı, beş ildən bir orfoqrafiya lüğəti nəşr edilməlidir:
“On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb. Dilimizdə yeni sözlər yaranıb, bəzi sözlər istifadədən çıxıb. Bütün bunlar zamanın tələbidir və bu dəyişikliklər yeni lüğətdə öz əksini tapmalıdır. Yeni hazırlanan orfoqrafiya qaydaları layihədir. Bu layihənin daha təkmil olması lazımdır. Buna görə də bu layihə ilə bağlı əvvəlcə AMEA-da alimlərin iştirakı ilə açıq müzakirələr aparıldı. İndiyədək orfoqrafiya lüğəti cəmi iki dəfə - 1952 və 1958-ci illərdə alimlərin iştirakı ilə müzakirə edilib. Ancaq orfoqrafiya qaydaları ilk dəfədir ki, ictimaiyyətin açıq müzakirəsinə verilib”.
Komitə sədri bildirib ki, bu günədək 214 şəxs bu qaydalara öz fikrini bildirib:
“Deyilən fikirlər içərisində bizim nəzərdə tutmadığımız məsələlər də var. Amma fikirlərin 70 faizi komissiyanın mövqeyini müdafiə edir”.
İ.Həbibbəyli qeyd edib ki, yeni orfoqrafiya qaydalarının əsas məqsədi xaricdən alınma sözlərin Azərbaycan dilinin yazı və tələffüz qaydalarına uyğunlaşdırılmasıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər