Prezident Şahdağda xizək sürdü - Fotolar
30-01-2018, 14:26
Oxunub: 3 026
Prezident İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub
Bolgexeber.com AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib. Qeyd ediib ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.
Həmçinin dövlət başçısına məlumat verilib ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.
Kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümündə turistlər bu göldə həm üzəcək, həm də qayıqlarla səyahət edəcəklər. Qış mövsümündə isə bu göldən qaryaratma üçün ehtiyat mənbəyi kimi istifadə olunacaq.
İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq. Bunun üçün indidən hazırlıq işləri görülür.
Dövlət başçısına kompleksin yol infrastrukturu barədə də ətraflı məlumat verilib. Bildirilib ki, kompleksin ərazisindən keçən Qusar-Ləzə yolu onun kənarından inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısının torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır.
Məlumat verilib ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır.
Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib
Sonra Prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində xizək sürüb.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər