Sabah ilin ilk Ay tutulması baş verəcək
30-01-2018, 15:03
Oxunub: 3 798
Bu ilin ilk Ay tutulması hadisəsi sabah qeydə alınacaq
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Report”a açıqlamasında deyib ki, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq.
Onun sözlərinə görə, tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq: “Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək. Bu müddətdə Ayın səthi tam qaranlıq, yəni, Ay qızarmış formada olacaq”.
Rəsədxana rəsmisi qeyd edib ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq: “İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlaması kimi müşahidə ediləcək. Bu da o deməkdir ki, ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. İnsanlar bunu Qazaxıstan, Monqolustan və üzü Yaponiyaya doğru şərq istiqamətindəki ölkələrdə görə biləcəklər”.
Qeyd edək ki, ikinci Ay tutulması bu il iyulun 28-də baş verəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər